Dünyanın ən məhşur salfeti satışa çıxarılır
Sözügedən salfet kağızı martın 18-də 300 min avro başlanğıc qiyməti ilə "online" olaraq satışa çıxarılacaq.
Sportline.az Trtspor.com-a istinadla xəbər verir ki, Lionel Messinin üzünə “Barselona”nın qapıların açan, salfet üzərindəki ilk müqaviləsi, Nyu-Yorkda nümayiş etdirilir.
Argentinalı super ulduzun 13 yaşında imzaladığı salfet üzərindəki müqavilə 300 min avro başlanğıc qiyməti ilə satışa çıxarılacaq.
Salfet ilk olaraq Nyu-Yorkdakı “Bonhams” hərrac evində, daha sonra isə Paris və Londonda nümayiş etdiriləcək.
Qeyd edək ki, Lionel Messi karyerası ərzində ‘Barselona”, PSJ, “İnter Mayami” klublarının formasını geyinib.