Duşan Vlahoviç “Arsenal”ın diqqət mərkəzinə düşüb
“Arsenal” qış transfer pəncərəsində heyətini Duşan Vlahoviçlə gücləndirmək niyyətindədir.
Sportline.az Goal.com-a istinadla xəbər verir ki, “topçular” 23 yaşlı mərkəz hücumçusunu transfer etmək üçün Eddi Nketiahı komandadan göndərmək qəraraına gəlib.
Duşan Vlahoviçlə şəxsi razılıq əldə olunduğu bildirilib.
“Yuventus” isə gənc futbolçu üçün 70 milyon avro tələb edib.
Qeyd edək ki, Duşan Vlahoviç bu mövsüm “Yuventus” forması ilə çıxdığı 12 oyunda 5 qol 1 asistlə yadda qalıb.