Eden Azar: "Pivə içmək daha yaxşıdır"

“Bir matçdan sonra soyuq vannada 1 saat? Xeyr, pivə içmək daha yaxşıdır”.

Sportline.az xəbər verir ki, “Real Madrid”in sabiq vingeri Eden Azar madridlilərin digər keçmiş futblçusu Kriştianu Ronaldu ilə eyni idman mentalitetinə sahib olmaq istərdinmi sualına belə cavab verib.

Azar "L’equipe"ə verdiyi müsahibədə “Yox. Bu artıq mən olmazdım.Kriştianu kimi hər şeyi etsəydim, özümü incidərdim. Matçdan sonra soyuq vannada 1 saat mənim üçün deyil. Məni rahat buraxın, dostlarımla vaxt keçirmək, evə getmək, kart oynamaq, pivə içmək istəyirəm. Bağda övladlarımla 2 saat oynamaq oyunlardan sonra mənim üçün ən yaxşı bərpa prossesi idi” fikirlərini səsləndirib.

Xatıraladaq ki, Eden Azar keçən ilin oktyabr ayında 32 yaşında karyerasını bitirib.

Belçikalı oyunçu 2019 cu ildə “Çelsi”dən “Real”a keçdikdən sonra müntəzam olaraq zədələndiyindən karyerasında eniş yaşamışdı.