Edin Ceko hər gün qonaqlıq verir

Edin Cekonun “Fənərbağça”ya tez bir zamanda uyğunlaşması və yaxşı performans göstərməsi azarkeşlər tərəfindən müsbət qarşılanıb.

Sportline.az Fotomaç.com.tr-yə istinadla xəbər verir ki, “Fənərbağça” klubunun rəsmiləri media nümayəndələri ilə görüşü zamanı Bosniyə və Herseqovinalı futbolçu haqqında danışıblar. Onların dediklərinə görə, Ceko məşqlərə ən tez gələn və ən gec çıxan futbolçudur.

Qeyd edək ki, Edin Cekonun komanda yoldaşlarına uyğunlaşa bilməsi üçün hər axşam onları öz evində şam yeməyinə qonaq etdiyi də bildirilib.