Edin Ceko milli komandada oynamaq istəmir

37 yaşlı mərkəz hücumçusu Edin Ceko noyabr ayından etibarən milli komandada oynamaq istəmədiyini deyib.

Sportline.az "Fotomaç.com.tr"yə istinadla xəbər verir ki, bosniya və herseqovinalı hücumçu “Fənərbağça” ilə işlərinin yolunda getdiyini və milli komandanın onu yorduğunu deyib.

Futbolçu açıqlamasında “Fənərbağça” ilə hədəfimiz pley-off-a qalmaqdır. Amma milli komandada oynadığım zaman bütün gücümü klub üçün ayıra bilmirəm. İsmail Kartal ilə danışdım və milli komandadan noyabr ayı etibarı ilə ayrılmaq qərarına gəldim”,  -deyə Ceko bildirib.

Qeyd edək ki, Edin Ceko “Fənərbağça” forması ilə çıxdığı 14 oyunda 12 qol, 7 assistlə yadda qalıb.