Əfran İsmayılov "Kəpəz"lə müqavilə bağlayıb
Azərbaycan millisinin sabiq futbolçusu Əfran İsmayılov "Kəpəz"lə müqavilə bağlayıb.
Sportline.az xəbər verir ki, bu barədə "Report"a futbolçunun özü məlumat verib. O, bir illik anlaşmaya imza atdığını bildirib.
Qeyd edək ki, Əfran İsmayılov bunadək "Səbail"də çıxış edirdi. O, ötən mövsümün sonunda "dənizçilər"lə vidalaşıb.