Əfsanəvi baş məşqçi tarixin ən bahalı yarış atının sahibi olub
“Mançester Yunayted”in sabiq çalışdırıcısı Aleks Fergüson indiyədək açıq auksionda satışa çıxarılan ən bahalı yarış atının sahibi olub.
Sportline.az xəbər verir ki, şotlandiyalı mütəxəssis 6 yaşlı at üçün ümumilikdə 633 min funt sterlinq ödəyib.
Ser Aleks uzun illərdir ki, at yarışları ilə maraqlanır.
Əfsanəvi məşqçi karyerasını başa vurduqdan sonra asudə vaxtını əsasən hobbilərinə sərf edir.
Onun atları bir neçə dəfə böyük turnirlərin qalibi olub.
Xatırladaq ki, Aleks Fergüson 1986-2013 illərdə “Mançester Yunaytedə” rəhbərlik edib.
Onun dövründə klub 13 dəfə Premyer Liqanın, 2 dəfə də UEFA Çempionlar Liqasının qalibi olub.