Əfsanəvi futbolçu "Mançester Yunayted"dən narazıdır
Bir vaxtlar "Liverpul"un və İngiltərə millisində çıxış edən Ceymi Karraqer "Mançester Yunayted"in çıxışını dəyərləndirib.
Sprotline.az "Sky Sports"a istinadla xəbər verir ki, Karraqer "qırmızı şeytanlar"ı sərt tənqid edib.
"Heç kim "Mançester Yunayted"in nə oynadığını izah edə bilməz. Artıq bir ildən çox keçib. İndi qərar verməliyik və komandanın necə oynaması lazım olduğunu öyrənməliyik. Ancaq biz hələ də onların üslubunun nə olduğunu bilmirik”, - deyə Karrager bildirib.