Əfsanəvi futbolçu Harri Keyni tənqid etdi
İngiltərə millisinin keçmiş futbolçusu Maykl Ouen Harri Keyni tənqid edib.
Sportline.az "DAZN Bet"ə istinadla xəbər verir ki, Ouen Keyni “Bavariya”ya keçidinə pisləyib.
"Keyn inanılmaz oyunçudur və onun hələ də yaxşı oynaması təəccüblü deyil. Amma onun “Tottenhem”dən “Bavariya”ya keçməsi ilə razı deyiləm. Əgər o, kuboklar qazanmaq üçün bu qədər ümidsiz olsaydı, mövsümün sonunda azad agent kimi asanlıqla gedə bilərdi" - deyə Ouen bildirib.
Qeyd edək ki, Keyn "Bavariya"ya bu ilin avqustunda keçib.