"Əl-Nəsr"in futbolçusu "Fənərbağça"ya keçə bilər
"Əl-Nəsr"in kolumbiyalı futbolçusu Con Duran "Fənərbağça"ya keçə bilər.
Sportline.az xəbər verir ki, bu haqda insayder Yağız Sabuncuoğlu məlumat yayıb.
İstanbul klubunun idman direktoru Devin Özek oyunçunun meneceri ilə görüşmək üçün Kolumbiyaya gedib.
Qeyd edək ki, Con Duran bu mövsüm çıxış etdiyi 47 matçda rəqib qapılarından 24 top keçirib.
Onun dəyəri "Transfermarkt" portalına görə, 35 milyon avrodur.