"Əl-Nəsr"in "ulduz ovu" davam edir

"Əl-Nəsr" heyətə yeni ulduzlar qatmağa hazırlaşır.

Sportline.az xəbər verir ki, Səudiyyə Ərəbistanı klubu bu niyyətlə İngiltərəyə üz tutub.

"Daily Mail" nəşrinin yaydığı məlumata görə, ərəblər "Mançester Yunayted"in futbolçuları Kazemiro və Aaron Van Bissakanın xidmətində maraqlıdırlar.

Mançesterlilərin yüksək ödənişli oyunçuları ilə vidalaşmağa etiraz etmədiyi bildirilir.

Qeyd edək ki, "Əl-Nəsr"in ən parlaq ulduzu Kriştianu Ronaldudur.