Əlcəzairli azarkeşlər milli komandanın qaldığı otelə hücum etdilər

Afrika Kubokundan kənarlaşdırıldıqdan sonra əlcəzairli azarkeşlər Federasiyanın prezdentinə ,futbolçulara və Jamel Belmadiyə hücum etmək üçün yerləşdiklrəi otelə girməyə cəhd ediblər.

Sportline.az xəbər verir ki, tarixində ilk dəfə Afrika Millətlər Kubokunda çıxış edən Movritaniyaya  1-0 hesabı ilə məğlub olan Əlcəzair millisinin futbolçuları,baş məşqçisi və federasiya rəsmiləri tənqid atəşinə tutulub.

Komandanın qaldığı otelə hücum edən azarkeşlər,bir açıqlama olunmadığı təqdirdə olduqları yeri tərk etməyəcəklərini bildiriblər.
Qeyd edək ki, polislər çətinliklə də olsa azarkeşləri sakitləşdiriblər.