Elinq Holann yeni rekorda imza atıb
İngiltərənin "Mançester Siti" klubunun futbolçusu Erlinq Holann "Mançester Yunayted"in sabiq oyunçusu Corc Bestin rekordunu təkrarlayıb.
Sportline.az xəbər verir ki, 23 yaşlı forvard buna ölkə kubokunun 1/8 finalında "Luton Taun"a 5 qol vurmaqla nail olub.
Son olaraq Corc Best 1970-ci ildə bu turnirdə penta-trik edib.
Qeyd edək ki, qarşılaşma "şəhərlilər"in 6:2 hesablı qələbəsi ilə yekunlaşıb.