Əlvida, Luçesku!

Kiyev "Dinamo"sunun baş məşqçisi Mirça Luçesku istefa verib.

Sportline.az bu barədə "RİA Novosti Sport"un teleqram kanalına istinadla xəbər verir.

78 yaşlı mütəxəssis qərarını Ukrayna çempionatının 13-cü turunun matçında "Şaxtyor"a məğlubiyyətdən (0:1) sonra açıqlayıb.

Luçesku 2020-ci ildən "Dinamo"ya rəhbərlik edirdi Bundan əvvəl o, iki il Türkiyə millisini, 2016-cı ilin mayından 2017-ci ilin mayına kimi isə “Zenit”i çalışdırıb. RPL-də işləməmişdən əvvəl o, 12 il “Şaxtyor”a rəhbərlik edib.