Elxan Məmmədov: “Prosineçki heç yerə getməyəcək”
AFFA-nın baş katibi Elxan Məmmədov Robert Prosineçkinin "Bursaspor"a keçəcəyi haqda yayılan xəbərlərə münasibət bildirib.
SportLine.az-ın xəbərinə görə, “Qafqazinfo”ya açıqlama verən federasiya rəsmisi onun müqaviləsinin sonuna qədər millidə qalacağını bildirib:
“Prosineçki özü də bu barədə danışıb. O, heç yerə getməyəcək. Müqaviləsinin sonuna qədər Azərbaycan millisində qalacaq. Başqa variant yoxdur”.