Fransa millisinin keçmiş futbolçusu "Real Madrid" haqqında danışıb
Fransa millisinin keçmiş futbolçusu "Real Madrid"in transferləri haqqında maraqlı açıqlama verib.
Sportline.az Goal.com-a istinadla xəbər verir ki, keçmiş futbolçu Emmanuel Petit Kilian Mbappenin "kral" klubuna keçidi ilə bağlı fikirlərini bölüşüb.
Hazırda futbol mütəxəsisi kimi çalışan Emanuel Petit açıqlamasında :"Kilian "Real Madird"ə trasnfer olunmamalıdır. Bu fransalı ulduz üçün problem ola bilər. Uzun müddətdir "PSJ" yaxşı nəticə göstərir və uğurlara imza atır. İspaniya klubunda bunu etməsi çox çətin olacaq. Bellingem, Vinisyus, Rodri kimi futbolçuların kölgəsində qalacaq. "Real Madrid" gənc futbolçuların düşmənidir",-deyib.
Qeyd edək ki, Emmanuel Petit karyerası ərzində "Çelsi", "Arsenal", "Monako" və "Barselona" klublarının şərəfini qoruyub.