Emre Belezoğlu Super Liqa klubunda
Türkiyə Super Liqasında növbəti baş məşqçi təyinatı rəsmiləşib.
Sportline.az xəbər verir ki, Tolunay Kafkasla yolları ayıran "Ankaragücü"nün yeni çalışdırıcısı rəsmiləşib.
Klubun yaydığı məlumata görə, komandanı Emre Belezoğlu çalışdıracaq.
Qeyd edək ki, 7 oyunda cəmi 6 xal toplayan "Ankaragücü" rəhbərliyi uğursuz nəticələr səbəbindən Kafkasla işbirliyinə son qoyub.