Emre Belözoğlu "Fənərbağça"nın idman direktoru oldu

“Fənərbağça”nın yeni idman direktoru müəyyənləşib
 
Sportline.az xəbər verir ki, bu barədə klub prezidenti Ali Koç bu gün təşkil etdiyi mətbuat konfransında məlumat verib. O, İstanbul təmsilçisində idman direktoru vəzifəsini Emre Belözoğlunun yerinə yetirəcəyini bildirib.
 
Qey edək ki, E.Belözoğlu 2008-2012, 2013-2015 və 2019-2020-ci illərdə “sarı-lacivərt”lərdə çıxış edib.