Əmrə Bəlözoğlunun rəhbərlik etdiyi komanda aşağı liqaya yuvarlanıb

Türkiyə Super Liqasında 2023/2024 mövsümü başa çatıb.

Sportline.az xəbər verir ki, sonuncu turda "Trabzonspor" ilə qarşılaşan "Ankaragücü" klubu 2-4 hesabı ilə məğlub olaraq elitanı tərk edən sonuncu komanda olub.

Matçdan sonra "Ankaragücü"nün baş məşqçisi Əmrə Bəlözoğlu mətbuat konfransında "Ömrümün axırına kimi bu vicdan əzabı ilə yaşayacam" fikirlərini səsləndirib və bütün arazkeşlərdən üzr istəyib.

Qeyd edək ki, paytaxt klubu sonuncu dəfə 2020-2021 mövsümündə Super Liqanı tərk etmişdi.