Emre Morun meneceri İstanbula gəlib

26 yaşlı futbolçu Emre Morun meneceri "Fənərbağça" klubu ilə görüşmək üçün İstanbula gəlib. 

Sportline.az Sporx.com-a istinadla xəbər verir ki, sağ cinah hücumçusu əsas heyətdə yer ala bilməməsindən şikayətlənib və komandadan ayrılmaq istəyib. 

"Fənərbağça" klubu futbolçunun icarə əsasında komandadan ayrılmasına icazə verəcəyini bildirib.Emre Mor İstanbul klublaından birində çıxış etmək istədiyini deyib.

Qeyd edək ki, 26yaşlı cinah hücumçusu bu mövsüm cəmi 5 oyunda meydana çıxıb və 2 məhsuldar ötürmə ilə yadda qalıb.