Ən yaxşı gənc məşqçilər

"FourFourTwo" portalı dünyanın ən yaxşı gənc məşqçilərinin adlarını açıqlayıb.

Sportline.az xəbər verir ki, 40 yaşa qədər mütəxəssislərin siyahısına Almaniya millisini çalışdıran Yulian Nagelsmann rəhbərlik edir.

İlk üçlükdə “Sportinq”in baş məşqçisi Ruben Amorim və “Spartak”ın sabiq çalışdırıcısı, hazırda Belçika millisinin baş məşqçisi Domeniko Tedesko yer alıb.

“Birmingem”in baş məşqçisi Ueyn Runi isə 7-cidir.