Enrikedən Mbappe açıqlaması

PSJ-nin çalışdırıcısı Luis Enrike Kilian Mbappeyə məsləhət verib.

Sportline.az "RMC Sport" istinadla xəbər verir ki, təcrübəli mütəxəssis Mbappenin "Qızıl top"u qazanması üçün nələrə ehitayc olduğunu vurğulayıb.

“Mbappenin ən yaxşı olduğu fərdi çıxışlarına əlavə olaraq, klub və milli səviyyədə kuboklar qazanmalıdır. Aydındır ki, Kilian səviyyəli oyunçudur, onun səviyyəsinə şübhəm yoxdur. Əminəm ki, o, daha çox "Qızıl top" qazanacaq”, - deyə Enrike "RMC Sport" nəşrinə bildirib.