Antoni Marsial komandadan ayrı məşqlərə başlayıb

"Mançester Yunayted" klubunun 28 yaşlı hücumçusu Antoni Marsial fərdi məşqlərə başlayıb. 

Sportline.az Skysports.com-a istinadla xəbər verir ki, əsas heyətdə çıxış etmək istəyən futbolçu komandadan ayrı məşqlərə başlayıb.

Antoni Marsial "Mançester Yunayted"dən ayrılmaq istəmədiyi üçün bu addımı atdığını bildirib. 

Qeyd edək ki, ingiltərəli futbolçu bu mövsüm "Mançester Yunayted" forması ilə çıxdığı 19 oyunda 2 qol, 2 asistlə yadda qalıb.