Enzo Fernandez komandada qalacaq

Enzo Fernandez İngiltərə mediasında yayılan ayrılıq xəbərlərinin yalan olduğunu deyib.

Sportline.az xəbər verir ki, argentinalı ulduz futbolçu məsələ ilə bağlı açıqlamasında :"Çelsi"də olmadığım qədər xoşbəxtəm. Burada qalmaq istəyirəm və növbəti Çempionlar Liqasına qatılmaq üçün komandama kömək edəcəyəm. Ayrılıqla bağlı çıxan xəbərlər isə tamamən yalandır. Mediada yayılan xəbərlər doğru deyil",-deyib.

Qeyd edək ki, Enzo Fernandez 2023-cü ilin yanvar ayında "Benfika"dan "Çelsi"yə transfer olunmuşdu.