Erden Timur "Qalatasaray"dan ayrıldığını açıqlayıb
"Qalatasaray"da prezidentin birinci müavini Erden Timur vəzifəsindən istefa etdiyini açıqlayıb.
Sportline.az Ntvspor.com-a istinadla xəbər verir ki, Erden Timur 14 aydır dözməyinin tək səbəbi "Qalatasaray" olduğunu bildirib.
Mətbuat konfransında Erden Timur bu qərarı daha əvvəl verdiyini, lakin Super Liqada çempionluq yarışı olduğu üçün açıqlamadığını bildirib.
Qeyd edək ki, Timur "Qalatasaray"da çalışdığı 2 mövsüm ərzində 2 çempionluq yaşayıb.