Erik Ten Haq futbolçularının çıxışından məmnun deyil
“Mançester Yunayted”in baş məşqçisi Erik Ten Haq media qarşısında futbolçularını tərifləsə də məyyusluğnu gizlədə bilməyib.
Sportline.az ESPN.com-a istinadla xəbər verir ki, təcrübəli mütəxəssis “Nyukasıl Yunayted”lə görüşdə məğlub olduqdan sonra soyunub-geyinmə otağında futbolçularına qəzəblənib.
Futbolçuların istəksiz olması baş məşqçini özündən çıxarıb və oyunçuları cəzalandırıb.
Qeyd edək ki, “Mançester Yunayted” İngiltərə premyer liqasında 24 xalla 7-ci pillədə qəraralşıb. Çempionlar liqasının A qrupunda isə 4 xalla sonuncudur.