Erik Ten Haq klub rəhbərliyi ilə bağlı açıqlama verib
"Mançester Yunayted" klubunun baş məşqçisi verdiyi açıqlama ilə diqqət mərkəzinə düşüb.
Sportline.az Goal.com-a istinadla xəbər verir ki, təcrübəli mütəxəsis klubunun yeni sahibi Ser Cim Ratkliff haqında açıqlmada :" Mən bu kluba gələndə o yox idi. İstəmirsə göndərə bilər. Komandadakı gələcəyim zərrə vercimə deyil. Ser Cim Ratkliffin məni saxlayıb saxlamaması barədə düşünmürəm. İstəyirsə elə indi də göndərə bilər",-deyib.
İngiltərə mediası Erik Ten Haqın mövsüm sonunda komandadan ayrıla biləcəyi ilə bağlı fikirlər səsləndiriblər.
Qeyd edək ki, Erik Ten Haq 2022-ci ildən "Mançester Yunayted" klubunu çalışdırır.