Erik Ten Haq "Mançester Yunayted"dən ayrıla bilər
"Mançester Yunayted"in baş məşqçisi Erik Ten Haq komandadan ayrıla bilər.
Sportline.az Goal.com-a istinadla xəbər verir ki, "qırmızı şeytanlar"ın rəhbərliyi "Bournemut"la görüşdə məğlub olmalarının ardından Erik Ten Haqla təcili görüş tələb ediblər.
Azarkeşlər də oyundan sonra təcrübəli mütəxəssisi istefaya səsləyiblər.
Qeyd edək ki, "Mançester Yunayted"-"Bornemut" görüşü qonaqların 3-0 hesablı qələbəsi ilə başa çatıb.