Erik Ten Haqın məğlubiyyət şərhi

"Mançester Yunayted"in baş məşqçisi Erik Ten Haq "Bavariya" ilə oyundakı məğlubiyyəti şərh edib.

Sportline.az xəbər verir ki, niderlandlı mütəxəssis Çempionlar Liqasındakı uğursuzluqdan üzüldüyünü və son oyunda məğlubiyyətə layiq olmadıqlarını bildirib.

"Bizim bir neçə yaxşı oyunumuz oldu. Amma bu, kifayət deyildi. "Bavariya" ilə çox yaxşı oynadığımızı düşünürəm. Təəssüf ki, sonda meydanı başıaşağı tərk etməli olduq", - deyə Ten Haq fikirlərini bölüşüb.

Qeyd edək ki, 0-1 hesabı ilə uduzan "Mançester Yunayted" 4 xalla qrup sonuncusu kimi avrokuboklarda mübarizəni dayandırıb.