Eriksenin "Qalatasaray"a keçidi alınmadı

Danimarka millisinin üzvü Kristian Eriksenin "Qalatasaray"a keçidi alınmayıb.

Sportline.az "Sky Sports" istinadla xəbər verir ki, o, karyerasını ”Mançester Yunayted”də davam etdirəcək. 

Daha əvvəl danimarkalı oyunçunun “Qalatasaray”a icarəyə veriləcəyi bildirilirdi.

Qeyd edilib ki, icarə müqaviləsində satın alma opsionu olacaq. Türkiyədə transfer mövsümü fevralın 9-da bitəcək.

Cari mövsüm Premyer Liqada 15 oyuna çıxan oyunçunun aktivində 1 qol və 1 məhsuldar ötürmə var.

Həmçinin Çempionlar Liqasında 4 oyun keçirən futbolçunun 1 məhsuldar ötürməsi var.

“Mançester Yunayted” ilə 2025-ci ilin yayınadək müqaviləsi olan 31 yaşlı oyunçunun transfer dəyəri 13 milyon avrodur.