Erlinq Holand tarixə düşüb
Erlinq Holand tarixə düşüb.
Sportline.az xəbər verir ki, İngiltərə Premyer Liqasında “Mançester Siti” “Brentford”a qarşı Erlinq Holandın qolu ilə 1-0 hesablı qələbə qazanıb.Bu oyunda da fərqlənən norveçli oyunçunun beləliklə Premyer Liqada qol vurmadığı komanda qalmıyıb.
Ulduz futbolçu bu mövsüm zədə səbəbindən 5 matçda meydana çıxa bilməsə də, komandasına ən məhsuldar oyunçusudur. Qol krallığı yarışında 17 qolla ilk sırada yer alan Holandın aktivində 5 məhsuldar ötürmə var.
Qeyd edək ki, ”Mançester Siti” bu qələbə ilə xallarının sayını 56-ya çatdıraraq 2-ci pilləyə yüksəlib.
Birinci sıradakı “Liverpul”un 57 xalı var.