Erlinq Holan siyahıda 1-cidir

Bu gün İngiltərə Premyer Liqasında "Mançester Siti" - "Liverpul" matçı 1:1 hesabı ilə yekunlaşıb.

Sprotline.az xəbər verir ki, "şəhərlilər"in forvardı Erlinq Holan qol vuraraq Premyer Liqa rekorduna imza atıb. 23 yaşlı futbolçu ilk 50 qolu İngiltərə çempionatı tarixində hamıdan tez vuraraq bu uğura nail olub.

Holan 48 oyunda buna nail olub. İkinci pillədə isə 65 oyunda 50 qol vuran Endryu Koul qərarlaşıb.