"Erotik məzmundan pul qazanan döyüşçü qadınlara yazığım gəlir"
Sabiq UFC döyüşçüsü Liana Cocua maraqlı açıqlaması ilə diqqət mərkəzinə düşüb.
Sportline.az "MMA.Metaratings"ə istinadla xəbər verir ki, O, qadın döyüşçülərin pul qazanmaq üçün erotik foto və videolar dərc etməsinə münasibət bildirib.
“Belə qızlara yazığım gəlir. Çoxlarına məsləhət görərdim ki, bu işə qarışmasınlar. Əvvəlcə asan yolla pul qazandığınız kimi görünsə də, sonra işlər mürəkkəbləşməyə başlayır. Eyni fotoşəkillər artıq kifayət deyil. Biz onları getdikcə daha da intim etməliyik. Bu, dayandırılmalıdır" - deyə Cocua bildirib.