Ərtoğrul Doğan Türkiyə Futbol Federasiyasını tənqid edib
"Trabzonspor"un preizdenti Ərtoğrul Doğan TFF-ni verdiyi sözləri tutmadığı üçün tənqid edib.
Sportline.az Sporx.com-a istinadla xəbər verir ki, klub prezidenti açıqlamasında " TFF-nin prezidenti dəyişilməlidir. Verilən sözləri tutmağı bacarmırsınızsa istefa verin. Bizə futboldan anlayan biri lazımdır. Hakimlərin axmaq qərarları insanları futboldan soyudur",-deyib.
Qeyd edək ki, Ərtoğrul Doğan son zamanlarda hakimlərin "VAR"-a müraciət etməmsini və yanlış qərarlar qəbul etdiklərini də deyib.