Etonun "Anji"dəki qazancı açıqlanıb
Dünya futbolunun ulduzu Samuel Etonun vaxtilə Rusiyanın "Anji" klubunda qazancı ilə bağlı informasiya yayılıb.
Sportline.az xəbər verir ki, bu haqda klubun təşkilat deportamentinin sabiq direktoru Dmitri Balaşov məlumat verib.
"Ömrümdə yalnız bir dəfə rəqəmlərə heyrətlənmişəm. Bu, Etonun məvacibini öyrənəndə baş verib. Günə 20 milyon rubl!", - deyə Balaşov xatirələrini bölüşüb.
Qeyd edək ki, Samuel Eto 2011-2013-cü illərdə o dövrün ən bahalı layihələrindən sayılan "Anji"nin formasını geyinib.
O, Dağıstan klubunda keçirdiyi 73 oyunda 36 qol və 16 məhsuldar ötürmə ilə yadda qalıb.