"Everton" "Arsenal"ın futbolçusuna elçi düşüb
"Everton" "Arsenal"ın sağ cinah müdafiəçisi Ben Vaytı heyətə cəlb etmək niyyətindədir.
Sportline.az xəbər verir ki, bu haqda "Football İnsider" nəşri məlumat yayıb.
28 yaşlı futbolçunun transfer qiyməti 30 milyon avrodur.
Qeyd edək ki, Ben Vayt cari mövsüm meydana çıxdığı 13 matçda 1 asistlə yadda qalıb.