"Everton"un baş məşqçisi ingiltərəli futbolçu ilə bağlı maraqlı açıqlama verib

"Everton" klubunun baş məşqçisi Sin Dayçi ingiltərəli yarımmüdaiəçi ilə bağlı açıqlama verib.

Sportline.az Sporx.com-a istinadla xəbər verir ki, İngiltərə klubunn təcrübəli çalışdırıcısı:"Dele Allinin komandaya qayıtması uzun prossesdir. Əgər özü bunu istəyirsə üzərində çox çalışmalı olacaq. Çünkü uzun müddətidr futbol oynamır və zədəsi var. Keçmiş performansını nəzərə alsaq yarımmüdafiə xətti üçün vacib futbolçudur. Tezliklə qayıtmasını istəyirik.Ümid edirəm ki, ən qısa zamanda bizə qatıla bilər",-deyib.

Qeyd edək ki, 1 ildir ki, zədədən əziyyət çəkdiyi üçün yaşıl meydanlardan uzaq qalıb.