Fatih Terim İtaliya klubunda

Türkiyə futbolunun canlı əfsanəsi sayılan Fatih Terim uzun fasilədən sonra yenidən məşqçilik karyerasını bərpa etmək qərarına gəlib.

Sportline.az Fotomaç.com.tr-yə isitinadla xəbər verir ki, İtaliyanın “Fiorentina” klubu təcrübəli çalışdırıcı ilə razılığa gəlib. 

Terim bu klub üçün yad isim deyil.

O, 2000-2001-ci il mövsümündə "Fiorentina"nın "sükanı arxasında" olub.

Qeyd edək ki, Fatih Terim məşqçilik karyerası ərzində 1 dəfə UEFA kubokunun, 8 dəfə Turkiyə Super liqasının, 3 dəfə Türkiyə Kubokunun və 4 dəfə Türkiyə Super Kubokunun qalibi adını qazanıb.