Fatih Terim kabusa çevrilib
Yunanıstan Super Liqasının 21-ci həftəsi Afina derbisi ilə yadda qaldı.
Öz meydanında “Olimpiakos” ilə qarşılaşan “Panatinaikos” görüşdən 2-0 hesablı qələbə ilə ayrılıb.
Yaşıllara qələbə gətirən qolları 25-ci dəqiqədə Bernard və 60-cı dəqiqədə Yeremeyeff vurub.
Bu nəticə ilə “Panatinaikos” 47 xalla ikincidir.
41 xalı olan “Olimpiakos” çempionluq yolunda ağır zərbə alıb. PAOK isə 50 xalla liderdir.
Xatırladaq ki,”Panatinaikos” ötən ay Yunanıstan kubokunda “Olimpiakos”u 2 oyunun nəticəsinə görə məğlub edərək turnirdən kənarlaşdırmışdı.