Fatih Terim Luçeskunun oğluna məğlub oldu

Yunanıstan Super Liqasının 20-ci turunda "Panatinaikos" Razvan Luçeskunun çalışdırdığı PAOK-a 1-2 hesabı ilə məğlub olub.

Sportline.az xəbər verir ki, PAOK ilk hissənin sonlarına doğru hesabda irəli çıxıb. Kiril Despotov vurub 43-cü dəqiqədə dəqiq oynayıb.

Bakasetasın 51-ci dəqiqədə hesaba tarazlıq gətirsə də meydan sahibləri rəqibi yenidən cəzalandırıblar. 5 dəqiqə sonra Kiril Despotov oyunda son nöqtəni qoyub. 

Qeyd edək ki, xallarının sayını 47-yə yüksəldən PAOK birinci sıraya yüksəlib. Fatih Terimin başçılıq etdiyi komanda liqada ilk məğlubiyyətini alaraq 44 xalla üçüncü pillədə qərarlaşıb.