Fatih Terim özündən çıxdı, polis meydana daxil oldu

PAOK - “Panatinakos” matçında ehtiyat oyunçular və məşqçilər arasında qalmaqal yaşanıb. 

Sportline.az Goal.com-a istinadla xəbər verir ki, Bakasetasın vurduğu bərabərlik qolundan  sonra meydanda qarışıqlıq yaranıb.

Şifahi mübahisənin ardınca vəziyyət əlbəyaxaya qədər kritikləşib.

Qalmaqalda “Panatinakos”un baş məşqçisi Fatih Terim də iştirak edib.

Terimin kifayət qədər əsəbi olduğu kameralara tuş gəlib.

Gərginliyin artmasından sonra polislər meydana daxil olublar.

Bu əsnada “Panatinakos”un köməkçi məşqçisi Necati Ateş sarı vərəqə ilə cəzalandırılıb.