Fatih Terim "Qalatasaray"ın üzvlüyündən çıxarıldı

"Qalatasaray" klubunun İdarə Heyətindən verilən qərara əsasən təcrübəli mütəxsəsi Fatih Terimin  üzvlüyü ləğv edilib.

Sportline.az Sporx.com.tr-yə istinadla xəbər verir ki, "sarı-qırmızılar"ın İdarə Heyətinin üzvü və keçmiş meneceri Taner Aşkın Fatih Terimlə yanaşı Ayhan Akmanın da üzvlüyünün ləğvini tələb edib. 

"Qalatasaray" rəsmiləri məsələ ilə bağlı ən qısa zamanda açıqlama verəcəyini bildiribilər.

Qeyd edək ki, Fatih Terim verilən qərarın yanlış olduğunu və ən qısa zamanda üzvlüyünün geri verilməsini tələb edib.