Fatih Terim uğursuz seriyanı qırdı
“Aris” üzərində 2-0 hesablı qələbə qazanan "Panatinaikos" çempionluq mübarizəsini davam etdirir.
Sportline.az xəbər verir ki, afinalılar Yunanıstan Super Liqasının əsas mövsümünün bitməsinə 2 tur qalmış kritik matça çıxıblar.
Ardıcıl 2 oyundur, “Lamia” və “Kifisia” ilə oyunlarda xal itkisi ilə üzləşən Fatih Terimin komandası bu görüşdə 2-0 hesabı ilə qələbə qazanaraq rahat nəfəs alıb.
“Panatinaikos”a qələbə qazandıran qolları 4-cü dəqiqədə Bakasetas və 52-ci dəqiqədə İonidis vurub.
Gələn həftə başa çatacaq əsas mövsümün son turu ərəfəsində 4 komanda arasında çempionluq uğrunda gərgin mübarizə gedir.
1.AEK - 58 xal
2.PAOK - 57 xal
3.Panatinaikos - 55 xal
4.Olimpiakos - 53 xal
Qeyd edək ki, Yunanıstan çempionatında əsas mövsümün ardından pley-off mərhələsi start götürür.
İlk altılıqda qərarlaşan komandalar çempionluq üçün yenidən mübarizəyə başlayırlar.