Fatih Terimin komandası yarımfinal mərhələsinin ilk oyununa çıxır
Yunanıstan Kubokunda yarımfinal mərhələsinin ilk oyunları dünən keçirilən “Panotelikos” – “Aris” (0-1) görüşü ilə start götürüb.
Sportline.az xəbər verir ki, tur bugün keçiriləcək növbəti oyunla davam edəcək.
Fatih Terimin baş məşqçisi olduğu “Panatinakos” səfərdə PAOKla üz üzə gələcək.Matç Bakı vaxtı ilə 21:30 da başlayacaq.Yarımfinal qarşılaşmaları 2 oyundan ibarətdir.
Qeyd edək ki,tərəflər arasında Yunanıstan Super liqasında keçirilən oyunda PAOK rəqibini 2-1 hesabı ilə məğlub etmişdi.