Federasiya prezidenti istefa verdi
"Barselona"nın keçmiş futbolçusu Samuel Eto Kamerun Futbol Federasiyasının prezidenti postundan istefa vermək qərarına gəlib.
Sportline.az "Fecafoot"a istinadla xəbər verir ki, o, istefa ərizəsini təqdim etsə də federasiyanın icraiyyə komitəsi bu təşəbbüsü dəstəkləməyib.
Bildirilir ki, Eto bu qərarı Kamerun millisinin Afrika Kubokunda çıxışından sonra keçirilən iclasda verib.
İcraiyyə komitəsi isə prezidentin üzərinə düşən vəzifələrin öhdəsindən gəldiyini hesab edir.
Kamerun millisi mübarizəni 1/8 final mərhələsində Nigeriyaya 2-0 hesablı məğlubiyyətdən sonra dayandırıb.
Qeyd edək ki, Eto 2021-ci ildən Kamerun Futbol Federasiyasının rəhbəridir.