Fələstinə dəstək verən futbolçu klubdan kənarlaşdırıldı
Fransanın "Nitsa" klubunun futbolçusu Yusef Atal komandadan kənarlaşdırılıb.
Sportline.az xəbər verir ki, buna müdafiəçinin Fələstinə ictimai dəstək kampaniyasına qoşulması səbəb olub.
27 yaşlı futbolçu "yəhudilər üçün qara günə" çağırışda günahlandırılıb.
Klubun yaydığı bəyanatda bu cür halların yolverilməz olduğu vurğulanıb.
Qeyd edək ki, əlcəzairli futbolçu 2018-ci ildən "Nitsa" da oynayırdı.