Fələstini dəstəklədi, klubdan qovuldu

"Maints" futbolçunsu Ənvər Əl Qazinin Fələstinə dəstək paylaşımlarından sonra yarımmüdafiəçi ilə müqaviləni ləğv etdiyini açıqlayıb.

Sportline.az xəbər verir ki, bu barədə klub rəsmi açıqlama yayıb.

"Qərar futbolçunun sosial şəbəkələrdəki şərhlərinə və mesajlarına cavab olaraq qəbul edilib", - klubun açıqlamasında deyilir.

Qeyd edək ki, oktyabrın 30-da "Maints" klubu "səhvləri düzəltmək mədəniyyətinə sahib olduğu" üçün oyunçunun məşqlərə qayıdacağını açıqladı.