"Fənərbağça" 30 milyon avro gəlir əldə edə bilər
"Fənərbağça" klubu 3 futbolçunun satışından 30 milyon avra gəlir əldə edə bilər.
Sportline.az Sporx.com-a istinadla xəbər verir ki, Avropa klubları Mitçi Batşuayi, Ostorvolde və İsmail Yüksek üçün İstanbul klubuna rəsmi təklif göndəriblər. "Sarı-lacivərtlər"in rəhbərliyi futbolçuların satışı ilə bağlı görüşmələr başlayıblar.
"Lion" klubu İsmail Yüksek üçün 12 milyon avro təklif edib.Adları açıqlanmayan klubların Batşuayi üçün 6+2 milyon avro, Ostorvoldeyə isə 10 milyon avro təklif etdikləri bildirilib.
Qeyd edək ki, "Fənərbağça" klubu futbolçuların keçidi ilə bağlı qərarını ən qısa zamanda verəcəyini bildirib.