"Fənərbağça" 33 yaşlı braziliyalı ilə maraqlanır

"Fənərbağça" klubu  Fərdi Kadıoğlunun yerinə 33 yaşlı braziliyalını transfer etmək istəyir.

Sportline.az Sporx.com-a istinadla xəbər verir ki, "sarı-lacivərtlər" "Yuventus" klubunun cinah müdafiəçisi Aleks Sandronun transferində maraqlıdır.

Türkiyə nəhənglərindən olan "Fənərbağça" İtaliya klubu ilə danışıqlara başlayacaq.

Qeyd edək ki, Aleks Sandro bu mövsüm "Yuventus" forması ilə cəmi 12 oyunda meydana çıxıb.