"Fənərbağça" "Alanyaspor" görüşündə qalmaqal

"Fənərbağça" "Alanyaspor" görüşündə qalmaqal qeydə alınıb. 

Sportline.az xəbər verir ki, görüşün ilk hissəsi başa çatdıqdan sonra komandalar soyunma otağına gedərkən "Alanyaspor" klubunun baş məşqçisi Metin Aktaşla "Fənərbağça"nın italiyalı ulduz futbolçusu Leanardo Bonucci arasında gərginlik yaşanıb. 

Metin Aktaş və qolkiper Ərtuğrul Taşkıranın Leonardo Bonuccinin üzərinə getməsi futbolçular arasında mübahisə yaranmasına səbəb olub. 

Qeyd edək ki, matçın baş hakimi Çağdaş Altay hər iki tərəfi sarı vərəqə ilə cəzalandırıb.